JS 160

TEXNİKİ XASSƏLƏR
Çalovun tutumu, m³ 0.9
İstismar kütləsi, kq 18.396
Maksimal qazıma dərinliyi, m 6.28
Mühərrikin gücü, at gücü 123

17 tonluq tırtıllı ekskavatordur. Qabaqcıl hidravlika və möhkəm çərçivə (rama) konstruksiyası yanacağa qənaəti, məhsuldarlığı və uzun istismar müddətini təmin edir.

  • Çalovun torpaqdan dartınıb aralanma qüvvəsi 11.839 kq-dır. “JCB Dieselmax” Stage 3 mühərriki.
  • Geniş, rahat kabinə dizaynı, əla görmə imkanı.
  • AMS avtomatik idarəetmə sistemi daha yüksək səmərəyə nail olmaq üçün iş funksiyalarını izləyir.
  • Avtomatik əlavə gücləndirmə qurğusu dartma gücünü birdən-birə 10% artırmağa imkan verir.
  • Möhkəm və uzun ömürlü, xaçşəkilli mütəhərrik hissə yolun səthi ilə maşının alt hissəsi arasında kifayət qədər böyük məsafəni təmin edir.
  • Alt hissənin qoruyucu konstruksiyası standart komplektə daxil olur və hidravlik sistemin xətlərini qorumağa kömək edir.
  • Hidravlik sistemin yüksək keyfiyyətli komplektləşdirici hissələri etibarlı istismarı təmin edir.
  • Asanlıqla istifadə olunan kiçik idarəetmə dəstəklərində quraşdırılmış idarəetmə vasitələri bir toxunuşla hidravlik sistemin köməkçi xətlərini və əlavə gücləndirmə qurğusunu idarə etməyə imkan verir.
Powered by Sigsiu.NET

Ətraflı məlumat