JS 130

TEXNİKİ XASSƏLƏR
Çalovun tutumu, m³ 0.8
İstismar kütləsi, kq 13.183
Maksimal qazıma dərinliyi, m 6.02
Mühərrikin gücü, at gücü 94

13 tonluq tırtıllı ekskavator mükəmməl şəkildə işlənib hazırlanmış, sınaqdan keçirilmiş və düzəldilmişdir. Maşının yeni “JCB EcoMAX” mühərriki səmərəlilik, məhsuldarlıq və hasilat sahəsində ən son yenilikdir.

  • Yeni “JCB EcoMAX” - “Stage 3B/Tier 4i” firma mühərriki. Az dövrə sayı hesabına yüksək güc və fırlanma momenti.
  • Yanacağa 10%-dək qənaət. Geniş asma avadanlıqları çeşidi sayəsində universallıq. İntellektual, fəhmi səviyyədə başa düşülən idarəetmə sistemi.
  • Həddindən artıq qızma əleyhinə mühafizə sistemi.
  • Bu sinfə aid maşınlar arasında yükqaldırma əməliyyatlarının yerinə yetirilməsi üzrə ən yaxşı xarakteristikalar.
  • Şüşələnmiş böyük sahə əla görmə imkanını, açılan iri pəncərələr isə əla ventilyasiyanı təmin edir.
  • Amortizator idarəetmə sistemi ekskavator işləyən zaman operatorun, habelə çalov və oxun (yükqaldırma qolunun) titrəməsini azaltmağa imkan verir.
  • Arxa tərəfdə kiçik çıxıntı və bortlardan xeyli hündür nöqtəyə qədər yük yığma imkanı bu modelin məhdud ərazidə hündür bortlu yük maşınlarına yük yığmaq üçün mükəmməl dərəcədə uyğun gəlməsini təmin edir.
  • Avtomatik ilkin qızdırıcıya malik şamlar sayəsində mühərriki istənilən havada ilk dəfədən işə salmaq mümkündür. İsti və tozlu şəraitdə işləmək üçün böyük, açıq, şəbəkə şəkilli radiator xırda gözlü tordan ibarət mühafizə qatı ilə təmin olunur.
Powered by Sigsiu.NET

Ətraflı məlumat